Ən çox bahalanan məhsullar açıqlandı


Ötən ilin dekabr ayında istehlak qiymətləri 2024-cü ilin dekabr ayına nisbətən 5,2%, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4%, qeyri-qida məhsulları üzrə 2,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 5,7% artıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,4%, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% artıb.
Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR

Top