
İranın sonuncu şahının oğlu, sürgündə yaşayan Rza Pəhləvi İran ordusunu gec olmamış xalqın tərəfinə keçməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə yaydığı videomüraciətdə qeyd edib.
“Siz İran İslam Respublikasının Ordusu deyilsiniz, İranın Milli Ordususunuz, həmvətənlərinizin həyatını qorumaq sizin məsuliyyətinizdir. Çox vaxtınız yoxdur”, - deyə şahzadə bildirib.
Pəhləvi ABŞ Prezidenti Donald Trampın 13 yanvar çərşənbə axşamı verdiyi açıqlamaya istinad edərək köməyin artıq yolda olduğunu deyib.
Tətbiqimizi yükləyə bilərsiniz