
İtaliya çempionu “Napoli”nin baş məşqçisi Antonio Konte A Seriyasının iki oyunundan kənarlaşdırılıb.
Yeniavaz.com “Football Italia” nəşrinə istinadla xəbər verir ki, o, hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə diskvalifikasiya edilib.
Nəşrin məlumatına görə, buna səbəb İtaliya A Seriyasının 20-ci turunun “İnter Milan”la oyununun (2:2) 71-ci dəqiqəsində neapolitanlılara qarşı penalti təyin edilməsi olub.
Konte hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə alıb. 56 yaşlı mütəxəssis həmçinin 15 min avro cərimələnib.
Qərara əsasən Konte İtaliya çempionatında “Parma” (14 yanvar) və “Sassuolo” (17 yanvar) ilə oyunları buraxmalı olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz