
“Tramp marşrutu” layihəsinin həyata keçirilməsi Ermənistanı, ABŞ-ni və ehtimal ki, Azərbaycanı tam qane edir”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ və Avropa İttifaqı səfirlərinin iştirakı ilə keçirilən konfransda Trampın Beynəlxalq Sülh və Rifah Yolu (TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı sənədi şərh edərkən bildirib.
Baş nazir həmçinin bildirib ki, “Tramp marşrutu”nun həyata keçirilməsi regionda uzunmüddətli sülhün yolunu açacaq.
O qeyd edib ki, Cənubi Qafqaz regionu, xüsusilə də, dünyada baş verən hadisələr fonunda, bu gün daha təhlükəsiz bir mühiti təmsil edir.
Paşinyan ABŞ Prezidenti Donald Trampın şəxsi təşəbbüsünün layihənin irəliləməsində həlledici rol oynadığını əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Trampın Beynəlxalq Sülh və Rifah Yolu (TRIPP) layihəsinin həyata keçirilməsi prosedurlarını müəyyən edən sənəd dərc edib. Nazirlik sənədi bir gün əvvəl Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında keçirilən görüşdən sonra təqdim edib.
Tətbiqimizi yükləyə bilərsiniz