
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran etirazçıları edam edərsə, bu ölkəyə qarşı çox sərt tədbirlər görəcək.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “CBS News”a danışıb.
“Əgər onları assalar, bəzi şeylər görəcəksiniz... Əgər belə bir şey etsələr, biz çox sərt tədbirlər görəcəyik”, - Tramp belə deyib.
Qeyd edək ki, ötən həftə saxlanılan 26 yaşlı Erfan Soltaninin qohumları BBC-yə bildiriblər ki, onun bu güm – yanvarın 14-də edam edilməsi gözlənilir.
Soltaninin qohumu bildirib ki, İran məhkəməsi “son dərəcə sürətli” bir prosesdə, cəmi iki gün ərzində ölüm hökmü çıxarıb.
“Hengaw” İnsan Hüquqları Təşkilatının nümayəndəsi Avyar Şexi bildirib ki, onlar edam hökmünün çıxarıldığı heç bir işdə prosesin bu qədər sürətli getməsinin şahidi olmayıblar:
“Bu iş İran hökumətinin qorxu yaymaq üçün bildiyi hər taktikadan istifadə etdiyini nümayiş etdirir”.
Qeyd edək ki, hüquq müdafiə təşkilatları İran hakimiyyətinin zorakılıq aksiyaları nəticəsində 2400-dən çox hökumət əleyhdarı nümayişçinin öldürüldüyünü bildirirlər.
Tətbiqimizi yükləyə bilərsiniz