Burak Yılmaz hakimə hücum etdi, “qırmızı” aldı – Video


Türkiyə Kubokunun C qrupunun ikinci turunda “Qaziantep”-“Koçaelispor” qarşılaşması gərgin anlarla yadda qalıb.
Yeniavaz.com
“Haberler.com” portalına istinadla xəbər verir ki, oyunun 11-ci dəqiqəsində “Qaziantep”in oyunçusu Tayyib Talha Sanuc rəqibinə qarşı sərt oynadığı üçün hakim Burak Pekkan tərəfindən sarı vərəqə alıb. VAR hakiminin xəbərdarlığından sonra Burak Pekkan vəziyyəti yenidən nəzərdən keçirib və Tayyib Talhaya qırmızı vərəqə göstərib.
Bu qərardan sonra “qırmızı-qaralar”ın məşqçisi Burak Yılmaz özündən çıxıb. Hakimin qərarına etiraz edən gənc məşqçi xətt hakiminə hücum edib. Nəticədə, hakim Burak Yılmaza qırmızı vərəqə göstərərək, onu meydandan kənarlaşdırıb.
Qeyd edək ki, oyun 1:0 hesabı ilə “Qaziantep”in qələbəsi ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top