
İlon Maskın “SpaceX” şirkəti etirazlar zamanı internetdə kəsintilərlə əlaqədar İrandakı “Starlink” infrastrukturuna giriş haqqını ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Amerikada fəaliyyət göstərən və iranlılara təhlükəsiz internetə çıxışı təmin edən “Holistic Resilience” şirkətinin icraçı direktoru Əhməd Əhmədian bildirib ki, “SpaceX” İranda “Starlink” üçün abunə haqqından imtina edib və ölkədəki cihaz sahibləri xidmətdən pulsuz istifadə edə bilərlər.
Digər tərəfdən, “NetBlocks” internet monitorinq xidmətinin məlumatına görə, İranda internetə giriş 96 saatdan çoxdur ki, bloklanıb. Yanvarın 9-da İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təhlükəsizlik orqanları tərəfindən bloklanmış internet xidmətlərinin bərpası üçün tədbirlər gördüyünü açıqlayıb.
Yanvarın 12-də isə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, etirazlar zamanı xarici koordinasiyalı terror əməliyyatları başladıqdan sonra İranda internet məhdudiyyətləri tətbiq olunub.
Tətbiqimizi yükləyə bilərsiniz