
ABŞ Prezidenti Donald Tramp iranlıları ölkə miqyasında etirazlarını davam etdirməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tramp sosial media platforması “Truth Social” da yazıb.
“İranlı vətənpərvərlər, etiraz etməyə davam edin. Müəssisələrinizi ələ keçirin! Kömək yoldadır”, - deyə ABŞ Prezidenti bildirib.
O bildirib ki, etirazçıları qətlə yetirənlər və zorakılıq edənlər böyük bədəl ödəyəcəklər.
Xatırladaq ki, Tramp həmçinin İran rəsmiləri ilə bütün görüşlərini etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər ləğv etdiyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz