Tehranda 1 milyona yaxın insan etirazlara qoşulub – Video


İranda etiraz aksiyaları davam edir.
Yeniavaz.com
ölkə mətbuatına istinadla xəbər verir ki, ötən gecə – yanvarın 13-də paytaxt Tehranda və bir çox şəhərdə hökumət əleyhinə etiraz aksiyaları baş tutub.
Müstəqil təşkilatlar son günlər şiddətlənən qarşıdurmalar fonunda ötən gecə etiraz üçün Tehran küçələrinə 1 milyona yaxın insanın çıxdığını bildirirlər.
Ölkə ərazisində internet kəsilsə də, sosial şəbəkələrdə Tehran küçələrindəki insan selinin əks olunduğu kadrlar yayılıb.
Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, etiraz aksiyalarında hökumət qüvvələri ilə baş verən iğtişaşlarda 2 mindən çox etirazçının öldürüldüyü bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top