
“ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın sonuncu şahının böyük oğlu və İran müxalifətinin lideri Rza Pəhləvi ilə gizli görüş keçirib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
Yüksək vəzifəli ABŞ rəsmisi görüşün ötən həftə sonu baş tutduğunu bildirib. Portalın məlumatına görə, bu, İranda kütləvi nümayişlər və iğtişaşların başlamasından bəri ABŞ administrasiyası ilə müxalifət qüvvələri arasında ilk belə yüksək səviyyəli əlaqədir.
“Pəhləvi rejimin süqutu halında özünü keçid lideri kimi təqdim etməyə çalışır”, - nəşr qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz