
İsrail və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs qüvvəyə mindikdən bəri Qəzza zolağında 100-dən çox uşaq öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə UNICEF-in Qəzzadakı nümayəndəsi Ceyms Elder Cenevrədə BMT-nin brifinqində bildirib.
“Atəşkəsdən bəri yüz uşaq ölüb - bu, hər gün demək olar ki, bir uşağın ölməsi deməkdir. Lakin real rəqəmlər daha da yüksəkdir”, - Elder deyib.
Fondun məlumatına görə, onların hamısı İsrail qüvvələri, pilotsuz təyyarələrin zərbələri və ya mərmi qəlpələri nəticəsində öldürülüb.
“Uşaqlar həmçinin hipotermiyadan (həddən artıq soyuq) ölür. Yalnız son bir neçə gündə altı uşaq ölüb”, - nümayəndə qeyd edib.
Elderin sözlərinə görə, 2000 uşağın hələ də tibbi təxliyəyə ehtiyacı var və bu da geri dönməz sağlamlıq nəticələri və əlillik riskini yaradır.
Xatırladaq ki, Qəzza zolağında İsrail və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs 10 oktyabrda qüvvəyə minib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bu müddət ərzində təxminən 440 nəfər ölüb, 1200-dən çox insan yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz