
İspaniya çempionu “Barselona” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan müdafiəçi Joao Kanselonu icarəyə götürdüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, portuqaliyalı futbolçunun Kataloniya klubu ilə müqaviləsi cari mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Kanselo 2023/2024 mövsümündə “Barselona”da oynayıb.
31 yaşlı Kanselo 2024-cü ilin yayından “Əl-Hilal”da oynayır. Bu mövsüm o, bütün yarışlarda altı oyunda meydana çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. Onun Səudiyyə Ərəbistanı klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
“Transfermarkt” Jozo Kanselonun transfer dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz