“Seçim etməli olsaq, Danimarkanı seçəcəyik” − Qrenlandiyanın baş naziri


 Qrenlandiya hakimiyyəti ABŞ-nin bir hissəsi olmaq istəmədiklərini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bunu Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen Kopenhagendə Danimarka Baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransında çıxış edərkən deyib.
“Əgər burada və indi ABŞ və Danimarka arasında seçim etməli olsaq, Danimarkanı seçəcəyik. Bir şey hər kəs üçün aydın olmalıdır. Qrenlandiya ABŞ-yə məxsus olmaq istəmir. Qrenlandiya ABŞ tərəfindən idarə olunmaq istəmir. Qrenlandiya ABŞ-nin bir hissəsi olmaq istəmir”, - Baş nazir bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin milli təhlükəsizlik maraqlarını əsas gətirərək adanı ilhaq etmək istəyini dəfələrlə bildirib. Ağ Ev adanı satın almağı təklif edib, lakin onu ilhaq etmək üçün güc tətbiq etmək ehtimalını istisna etməyib. Qrenlandiya Danimarkanın muxtar ərazisidir.

DİGƏR XƏBƏRLƏR

Top