Adnan Əhmədzadənin həbs müddəti uzadıldı

adnan əhmədzadəyə məxsus marketin yerləşdiyi obyekt müsadirə olunub – 1 milyona hərraca çıxır
SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top