
“Mançester Yunayted” Maykl Kerrikin əsas komandanın baş məşqçisi təyin edilməsi ilə bağlı onunla prinsipial razılığa gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” qəzetinin əməkdaşı Devid Ornşteynin sosial media hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, 44 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər “Qırmızı Şeytanlar”a rəhbərlik edəcək.
Karrik əvvəllər “Mançester Yunayted”də Ole Qunnar Sulşerin assistenti olub və norveçli mütəxəssisin gedişindən sonra komandaya müvəqqəti baş məşqşi kimi də rəhbərlik edib.
Keçmiş “Mançester Yunayted” yarımmüdafiəçisinin son iş yeri 2025-ci ilin yayında ayrıldığı “Midlsbro” idi.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 21 oyunundan sonra “Mançester Yunayted” turnir cədvəlində 7-ci yeri tutur.
Tətbiqimizi yükləyə bilərsiniz