
3 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda "ARB" kanalının efirində "Media haqqında" Qanunun pozulması faktı müzakirə olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
“Belə ki, 10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan “Səkkiz” serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb. Beləliklə, “Media haqqında” Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş verib və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunub.
Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri ARB kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırılması barədə qərar qəbul edib”, - məlumatda deyilir.
Qeyd edək ki, tanınmış aktyor və rejissor Hikmət Rəhimovun quruluş verdiyi və eyni zamanda baş rolu canlandırdığı “Səkkiz” serialı dramatik triller janrında çəkilir.
Tətbiqimizi yükləyə bilərsiniz