
“TopSpeed” portalı ən sürətli 10 sedanın reytinqini tərtib edib.
Yeniavaz.com xəbər verir ki, siyahıda birinci yeri 2026-cı il model “Tesla Model S Plaid” tutub.
Bu model 97 km/saat sürəti cəmi 1,99 saniyəyə yığır.
İkinci yerdə 97 km/saat sürəti 3,0 saniyəyə yığan 2026-cı il model “Mercedes-AMG S 63 E Performance” qərarlaşıb.
İlk üçlüyü isə 97 km/saat sürəti 3,2 saniyəyə yığan 2026-cı il model “Mercedes-AMG EQE” tamamlayıb.
Ən sürətli 10 sedan arasında həmçinin “Audi S e-Tron GT” (3,3 saniyə), “Mercedes-AMG C63 SE Performance” (3,3 saniyə), “Cadillac CT5-V Blackwing” (3,4 saniyə), “BMW M5” (3,4 saniyə), “BMW M3 Competition xDrive” (3,4 saniyə), “Porsche Taycan 4S” (3,5 saniyə) və “Audi RS3” (3,6 saniyə) yer alıb.
Tətbiqimizi yükləyə bilərsiniz