
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini general-mayor Aqşin Kazımovun vəzifəsindən azad olunduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qaynarinfo” məlumat yayıb.
Bildirilir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə general Kazımov son yaş həddinə (60 yaş) görə təqaüdə göndərilib.
Qeyd edək ki, Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz