Ukraynada müdafiə naziri vəzifəsindən azad edildi


Ukrayna Ali Radası müdafiə naziri Denis Şmıqalın istefasını qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, parlament iclası nazirliyin rəsmi saytında canlı yayımlanıb.
Qərarın qəbul edilməsi üçün 226 səs tələb olunsa da, 265 deputat onun lehinə səs verib.
Əvvəllər Ukraynanın Baş naziri vəzifəsini icra edən Şmıqal Ukrayna parlamentinin 17 iyul 2025-ci il tarixli qərarı ilə müdafiə naziri təyin edilib. O, bu vəzifədə Rüstəm Umerovu əvəz edib.
Qeyd edək ki, yanvarın 3-də Ukrayna Prezidenti Volodimir Zelenski Şmıqalın Baş nazirin müavini və Energetika naziri vəzifələrinə namizədliyini irəli sürüb. Şmıqalın təyinatı hələlik qanunvericilər tərəfindən müzakirə olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top