
Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xaricdən 3 min 500 kiloqram sintetik toxuculuq materiallarından hazırlanmış qoyulma saqqallar, qaşlar və kipriklər, şinyonlar və analoji məmulatlar gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qoyulma saqqalların, qaşların, kipriklərin və şinyonların 1 kiloqramının orta gömrük dəyəri 21,7 dollara və ya 37 manata bərabər olub.
Məlumat üçün bildirək ki, qoyulma saqqallar, qaşlar, kipriklər və şinyonlar Çin və Türkiyədən gətirilib. Bu məhsulların 1 721,5 kiloqramı Çindən, 1 488 kiloqramı isə Türkiyədən idxal edilib.
Onu da bildirək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə Çindən idxal olunan qoyulma saqqalların, qaşların, kipriklərin və şinyonların miqdarı 4 dəfədən çox azalıb. Belə ki, 2024-cü ilin ilk 10 ayında Azərbaycana Çindən 7 min 75 kiloqram qoyulma saqqallar, qaşlar, kipriklər və şinyonlar gətirilib.
Çindən fərqli olaraq, Türkiyədən idxal olunan qoyulma saqqalların, qaşların, kipriklərin və şinyonların miqdarı 3 dəfəyə yaxın artıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz