
Türkiyədə prokuror keçmiş həyat yoldaşı olan hakimi güllələyib.
Yeniavaz.com xəbər verir ki, hadisə İstanbulun Kartal rayonundakı regional apellyasiya məhkəməsində baş verib.
Məlumata görə, qadın hakim ayağından vurulub. O, ən yaxın xəstəxanaya çatdırılıb.
Hadisənin məhkəmə prosesi zamanı baş verdiyi bildirilir.
Hazırda hakimin vəziyyəti qənatbəxşdir.
Hadisəni törətməkdə şübhəli bilinən prokuror saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Tətbiqimizi yükləyə bilərsiniz