Erməniəsilli futbolçu karyerasını "Neftçi"də davam etdirə bilər


İnsayder Arseni İsayenyanın yaydığı məlumata görə, Belarusun “Dinamo Minsk” klubunun erməniəsilli hücumçusu Karen Vardanyan “Neftçi” klubunun maraq dairəsinə daxil olub.
Yeniavaz.com
xəbər verir ki, o, futbolçunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidubun istədiyini bildirib.
“Şaxtyor Soliqorsk”un keçmiş baş məşqçisi “Dinamo Minsk”in 22 yaşlı mərkəz hücumçusunu Belarusda işlədiyi dövrdən tanıyır.
Ancaq Vardanyanla “Neftçi” ilə yanaşı, Belarus çempionu “Vitebsk” də maraqlanır.
Qeyd edək ki, Vardanyan bir il əvvəl Minsk “Dinamo”suna qoşulub. O, paytaxt klubuna “Vitebsk”dən keçib. 2025-ci il mövsümündə Vardanyan bütün yarışlarda 35 oyunda 10 qol vuraraq “Dinamo Minsk”in ən çox qol vuran oyunçusu olub. Həmçinin, 2025-ci ilin noyabr ayında hücumçu ilk dəfə Belarus millisinə çağırılıb.

DİGƏR XƏBƏRLƏR

Top