Aİ Rusiyaya qarşı növbəti sanksiya paketini hazırlayır


Avropa İttifaqı (Aİ) fevralın 24-dək Rusiya əleyhinə növbəti 20-ci sanksiya paketini təqdim edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Euractiv” adı çəkilməyən bir diplomata istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Finlandiya və İsveç Avropa Komissiyasını Rusiyaya lüks malların ixrac edilməsini və Rusiya neft tankerlərinə xidmət göstərilməsini qadağan etməyə, eləcə də, Rusiya gübrələrinin idxalı üçün Aİ kvotalarını azaltmağa çağırır.
Qeyd edək ki,  bundan əvvəl “Politico” nəşri avropalı diplomatlara istinadla Avropa İttifaqının 20-ci sanksiya paketinin hazırlanmasına 2026-cı ilin əvvəlində başlayacağını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top