Oktay Kaynarca azadlığa buraxıldı, ölkədən çıxa bilməz − Yenilənib


Türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu ölkədən çıxışlarına qadağa tətbiq olunmaqla azadlığa buraxılıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, aktyorun vəkili onun ev dustaqlığına buraxılması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə isə onun ölkədən çıxışına qadağa qoymaqla sərbəst buraxıb.

***12:39
Məşhur türkiyəli aktyor Oktay Kaynarca saxlanılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o və daha 5 tanınmış şəxs narkotik vasitələrin istifadəsi ilə bağlı saxlanılıblar.
Bildirilir ki, hazırda saxlanılanlar dindirilir.
“İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan 2025/280882 CBS saylı iş çərçivəsində Oktay Kaynarca, Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya saxlanılıb.
Onlar şəxsi istifadə üçün narkotik vasitələri və ya stimullaşdırıcı vasitələr saxlamaq, narkotik vasitələrdən istifadəni asanlaşdırmaq, kimisə fahişəliyə sövq etmək, fahişəliyə şərait yaratmaq və ya vasitəçilik etmək, yaxud fahişəliyə yer vermək, qumar oynamaq üçün yer və vasitə ilə təmin etməkdə ittiham olunurlar”, - prokurorluğun məlumatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top