Mirzoyan və Rubio “Tramp marşrutu” ilə bağlı birgə bəyanat imzalayacaqlar


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı birgə bəyanat imzalayacaqlar.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sosial mediada məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri 13-14 yanvar tarixlərində ABŞ-də işgüzar səfərdə olacaq.
“Səfər çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüş planlaşdırılır. TRIPP-in həyata keçirilməsi çərçivəsində birgə bəyanatın qəbul edilməsi planlaşdırılır”, - deyə Badalyan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top