Ermənistan Türkiyə ilə sərhəddən Rusiya hərbçilərini çıxarır


Ermənistan hakimiyyəti tezliklə Türkiyə sərhədindəki Axurik keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxarmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “News.am” portalı diplomatik mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Axurik keçid məntəqəsinin təhvil verilməsi barədə qərar artıq qəbul edilib. Bildirilir ki, hətta bayraq dirəyi də qoyulub. Lakin Rusiya sərhədçiləri hələ ki, keçid məntəqəsində qalacaqlar. Hazırda Türkiyəyə gedən dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir.
Digər bir mənbənin sözlərinə görə isə Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsinin yaxınlığında tikinti işlərinə başlayıb. Buna görə də, bir tərəfdən Türkiyə tərəfində tikinti işlərinin başlanması, digər tərəfdən isə Axurikin istifadəyə verilməsinin gözlənilməsi yaxın gələcəkdə sərhədi açmaq üçün ciddi niyyətlərdən xəbər verir.

DİGƏR XƏBƏRLƏR

Top