
Misirdən gələn “CASA C295” hərbi nəqliyyat təyyarəsi Ermənistan hava məkanından istifadə edərək Azərbaycana uçub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, Qahirə-Bakı reysi 2025-ci il dekabrın əvvəlində baş tutub. Elə həmin gün təyyarə yenidən Ermənistan üzərindən Misirə qayıdıb.
Ermənistan Xarici İşlər Nazirliyi uçuşun şəxsi səfər olduğunu bildirib.
“Qahirədən Bakıya Ermənistan hava məkanı vasitəsilə uçan təyyarə sərnişin təyyarəsi olub. O, yüksək vəzifəli şəxsi Azərbaycana aparıb”, - nazirlik qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz