
“SpaceX” kosmik şirkətinin məqsədi “Ulduz yolu”nu (“Star Trek”) reallaşdırmaqdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin təsisçisi, amerikalı milyarder İlon Mask bildirib.
“Sizə “SpaceX”in məqsədi barədə danışacağam. Biz “Ulduz yolu”nu (“Star Trek") reallaşdırmaq istəyirik”, - Mask qeyd edib.
Şirkətin gələcək planları barədə danışan Mask bunun böyük kosmik gəmilərlə digər planetlərə səyahət etmək, yeni sivilizasiyalar kəşf etmək və yadplanetlilərlə görüşmək olduğunu əlavə edib.
Qeyd edək ki, may ayında milyarder “SpaceX”in əsas məqsədini Marsa uçuş adlandırmış, çünki bunun “Apollon”dan sonrakı növbəti böyük sıçrayış olduğunu bildirmişdi.
Mask həmçinin, 2026-cı ilin sonlarında “Optimus” robotunu daşıyan ilk pilotsuz “Starship”i Marsa göndərməyi planlaşdırdığını açıqlamışdı. O, planlarına görə, ilk insanların 2029-2031-ci illərdə Qırmızı Planetə uçacaqlarını qeyd etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz