
Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçirdiyi tender müsabiqəsinin qalibi “Azərmaş Park” MMC (VÖEN – 1404629451) olub.
Yeniavaz.com xəbər verir ki, QSC MMC-dən 3 ədəd pikap, 1 ədəd mikroavtobus və 1 ədəd yük avtomobili satın alacaq.
“Şahdağ Turizm Mərkəzi” QSC avtomobillərin satın alınmasına görə “Azərmaş Park” MMC-yə 205 min 815 manat ödəyəcək.
Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azərmaş Park” MMC Özbəkistanın “UzAvtoSanoat” Səhmdar Cəmiyyəti ilə birgə Yaponiyanın “ISUZU” brendinin avtobuslarını istehsal edir.
Məlumat üçün bildirək ki, “Azərmaş Park” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Anar Adil oğludur. “Azərmaş” şirkətinin İdarə heyətinin sədri isə Emin Axundovdur.
Onu da qeyd edək ki, “Azərmaş” adı ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər arasında “Azərmaş Avto Servis” MMC, “Azərmaş Lizinq” MMC, “Azərmaş CP” MMC, “Azərmaş Trade” MMC, “Azərmaş” MMC və “Azərmaş Park” MMC kimi şirkətlər yer almaqdadır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz