
ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını İranı təcili olaraq tərk etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə departamentin veb saytında dərc olunmuş bəyanatda bildirilib.
Bəyanatda ABŞ vətəndaşlarına İran ərazisini Ermənistan və ya Türkiyə vasitəsilə quru yollarla tərk etmək tövsiyə edilib.
Xəbərdarlıqda qeyd olunub ki, ABŞ pasportuna sahib olmaq İran hakimiyyəti tərəfindən saxlanılma üçün əsas ola bilər.
Vətəndaşlara həmçinin internetdə fasilələrin baş verəcəyini istisna etməmək və əvvəlcədən alternativ ünsiyyət üsullarını planlaşdırmaq tövsiyə olunur.
Qeyd edək ki, yanvarın 12-də Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ Prezidenti Donald Trampın Amerika ordusunun gücündən İrana qarşı istifadə etməkdən çəkinməyəcəyini bildirib.
Digər tərəfdən, bir gün əvvəl CNN telekanalı ölkədəki kütləvi etirazlar fonunda Trampın İrana qarşı hərbi variantları nəzərdən keçirdiyini bildirib. Jurnalistlərin sözlərinə görə, son günlərdə Ağ Ev sakini mümkün zərbələrdən tutmuş qeyri-döyüş variantlarına qədər müxtəlif müdaxilə planları barədə məlumatlandırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz