
Xabi Alonso “Real Madrid”in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Onun əsas komandanın məşqçisi vəzifəsinə son qoymaq qərarı klub və Xabi Alonso arasında qarşılıqlı razılaşma əsasında verilib”, - açıqlamada deyilir.
Bu, klubun İspaniya Super Kuboku finalında “Barselona”ya 3-2 hesabı ilə məğlub olmasından bir gün sonra baş verib.
Qeyd edək ki, bir neçə ildir “Real Madrid”də çalışan Alvaro Arbeloa yeni baş məşqçi təyin edilib.
Tətbiqimizi yükləyə bilərsiniz