
ABŞ Prezidenti Donald Tramp Venesuelaya müəyyən bir vaxtda səfər edə biləcəyini düşünür.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, jurnalistlərin sualını cavablayarkən danışıb.
Dövlət başçısı jurnalistlərin Venesuelaya səfər edib-etməyəcəyi ilə bağlı suallarına cavab olaraq “Düşünürəm ki, müəyyən bir vaxtda” deyib.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ ordusu Venesueladakı hərbi obyektlərə hava hücumları və xüsusi təyinatlı qüvvələrin quru əməliyyatı həyata keçirib və bu əməliyyat zamanı prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs olunub. Onlar ABŞ-yə köçürülüblər və Maduro narkoterrorizm və kokain qaçaqmalçılığı ittihamları ilə mühakimə olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz