
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili beş il həbs cəzasına məhkum edilib və 1 milyon lari (təxminən 500 min manat) cərimə olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Qaribaşvili çirkli pulların yuyulmasında günahını etiraf edərək prokurorluqla razılaşma əldə edib.
“O, həmçinin cinayətkar fəaliyyətdən əldə etdiyi gəlirlərdən məhrum ediləcək”, - məlumatda deyilir.
2025-ci ilin oktyabr ayında Qaribaşvilidən, keçmiş baş prokuror Otar Partsxaladzedən, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvilidən və digər səkkiz əməkdaşından axtarışlar zamanı yeddi milyon dollardan çox və təxminən 140 milyon lari nağd pul, eləcə də sənət əsərləri və bahalı əşyalar, o cümlədən saatlar müsadirə edildiyi bildirilib. İrakli Qaribaşvili 2013-2014 və 2021-2024-cü illərdə Gürcüstan hökumətinə rəhbərlik edib, həmçinin müdafiə naziri (2019-2021) və polis naziri (2012-2013) vəzifələrində çalışıb.
Tətbiqimizi yükləyə bilərsiniz