
“İnter”, “Milan”, “Mançester Siti”, “Liverpul” və İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl İttifaq” klubuna keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 35 yaşlı futbolçunun müqaviləsi 2,5 illikdir.
Onun son klubu 2025-ci ilin yayında ayrıldığı “Cenoa” olub.
“Transfermarkt” Balotellinin transfer qiymətini 400 min avro olaraq qiymətləndirir.
Qeyd edək ki, “Əl-İttifaq” BƏƏ-nin Birinci Liqasının sonuncu pilləsində qərarlaşır. Klubun 12 oyundan 6 xalı var.
Tətbiqimizi yükləyə bilərsiniz