
“İranda kütləvi etirazlar xarici qüvvələr tərəfindən təhrik edilir, lakin Tehran vəziyyətə tam nəzarət edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşü zamanı bildirib.
Görüş İranın dövlət televiziyası tərəfindən yayımlanıb.
Telekanal nazirin sözlərini sitat gətirərək bildirib ki, vəziyyət artıq tamamilə nəzarət altındadır.
O, etirazların xarici elementlər tərəfindən təhrik edildiyini və alovlandırıldığını qeyd edib.
Əraqçi, həmçinin İran təhlükəsizlik qüvvələrinin bu işdə məsul olanları təqib edəcəyini bildirib.
“Biz müharibəyə hazırıq, eyni zamanda dialoqa da hazırıq”, - İran XİN rəhbəri əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz