İranda ölən etirazçıların sayı 500-ə yaxınlaşır – ABŞ-yə xəbərdarlıq edildi


İran ABŞ-nin hücumuna məruz qalacağı təqdirdə qisas alacağı barədə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, BBC mənbələri və fəalları hökumətin artan təzyiqləri nəticəsində yüzlərlə etirazçının öldürüldüyünü bildirirlər.
“Burada vəziyyət çox, çox pisdir. Dostlarımızın çoxu öldürülüb. Onlar həqiqi güllələr atırdılar. Bura müharibə zonası kimidir, küçələr qanla doludur. Cəsədləri yük maşınlarında aparırlar”, - Tehrandakı bir mənbə BBC-yə bildirib.
Nəşr yazır ki, Tehran yaxınlığındakı bir morqdan götürülmüş görüntülərdə təxminən 180 cəsəd torbası sayılıb. ABŞ-də yerləşən İnsan Haqları Fəaliyyəti Agentliyi ölkə üzrə 495 etirazçının və 48 təhlükəsizlik işçisinin ölümünü təsdiqlədiyini bildirir.
Agentliyin məlumatına görə, iki həftə davam edən iğtişaşlar zamanı daha 10 min 600 nəfər saxlanılıb.
ABŞ etirazçıların öldürülməsi ilə bağlı İrana müdaxilə etməklə hədələyib. Həmçinin ötən gün ABŞ Prezidenti Donald Tramp İran liderlərinin ona zəng etdiyini və danışıqlar aparmaq istədiklərini bildirib.
Bununla belə, o əlavə edib ki, ABŞ görüşdən əvvəl hərəkətə keçməli ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top