
ABŞ Prezidenti Donald Tramp xüsusi təyinatlı bölmələrin komandirlərinə Qrenlandiyaya müdaxilə planı hazırlamaq göstərişi verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, yüksək rütbəli hərbçilər Trampın bu qərarına qarşı çıxıblar.
Nəşrin məlumatına görə, prezidentin müşaviri Stiven Millerin liderlik etdiyi “siyasi şahinlər” Venesuela lideri Nikolas Maduronun oğurlanması əməliyyatının uğurundan o qədər ruhlanıblar ki, Rusiya və ya Çin hər hansı addım atmamışdan əvvəl adanı ələ keçirmək üçün sürətlə hərəkətə keçmək istəyirlər.
Britaniyalı diplomatlar hesab edirlər ki, Trampı buna həm də bu ilin sonunda keçiriləcək aralıq seçkiləri ərəfəsində amerikalı seçicilərin diqqətini iqtisadi göstəricilərdən yayındırmaq istəyi sövq edir, hansı ki həmin seçkilərdən sonra o, Konqres üzərində nəzarəti demokratlara uduza bilər.
“Daily Mail” yazır ki, belə kəskin addım onu Böyük Britaniyanın Baş naziri Kir Starmerlə qarşıdurmaya aparacaq və faktiki olaraq NATO-nun dağılmasına gətirib çıxaracaq.
Mənbələrin məlumatına görə, ABŞ prezidenti Xüsusi Əməliyyatlar üzrə Birləşmiş Komandanlığa (JSOC) müdaxilə planı hazırlamaq xahişi ilə müraciət edib, lakin Qərargah Rəislərinin Birləşmiş Komitəsi bunun qanunsuz olacağını və Konqresin dəstəyini almayacağını əsas gətirərək buna qarşı çıxıb.
Tətbiqimizi yükləyə bilərsiniz