ABŞ-li senator İrandakı etirazçılara səsləndi: “Kömək yoldadır…”


“İran xalqına: Uzun kabusunuz tezliklə bitəcək, cəsarətiniz və zülmə son qoymaq istəyiniz Prezident Tramp və azadlığı sevən hər kəs tərəfindən görülüb. Prezident Tramp “İranı yenidən ayağa qaldırın” dedikdə, İrandakı etirazçıların Ayətullahı məğlub etməli olduğunu nəzərdə tutur”.
Yeniavaz.com
xəbər verir ki, bunu Respublikaçı ABŞ senatoru Lindsi Qraham özünün sosial media hesabında yazıb.
“Bütün bunlar Prezident Trampın Ayətullahın və onun əlaltılarının rəhbərliyi altında İranın heç vaxt böyük olmayacağını anladığının ən açıq siqnalıdır. Allah İranda özünü qurban verən hər kəsi qorusun. Kömək yoldadır”, - senator bildirib.
Qeyd edək ki, İranda 15-ci gündür ki, hökumət əleyhinə genişmiqyaslı etirazlar davam edir.
“Radio Farda”nın məlumatına görə, 11 yanvar səhəri Tehran küçələrində hökumət əleyhinə şüarlar hələ də eşidilir. İnsan haqları təşkilatları bildirirlər ki, son iki həftə ərzində ən azı 116 nəfərin ölümü təsdiqlənib.

DİGƏR XƏBƏRLƏR

Top