
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Yeniavaz.com DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadla xəbər verir ki, tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar.
“Həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz