ABŞ Suriyadakı İŞİD mövqelərini bombaladı


ABŞ və onun tərəfdaş qüvvələri Suriyada İslam Dövləti (İŞİD) qruplaşmasının hədəflərinə genişmiqyaslı zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (Centcom) məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp şənbə günü İŞİD-in 13 dekabrda Suriyadakı ABŞ qüvvələrinə qarşı ölümcül hücumuna cavab olaraq “Şahin Gözü Hücumu Əməliyyatı” barədə əmr verib.
“Centcom”un məlumatına görə, zərbələr terrorizmlə mübarizə, həmçinin ABŞ və regiondakı tərəfdaş qüvvələri qorumaq məqsədilə həyata keçirilib.
“Mesajımız güclü olaraq qalır: əgər döyüşçülərimizə zərər versəniz, ədalətdən nə qədər yayınmağa çalışsanız da, sizi dünyanın istənilən yerində tapıb öldürəcəyik”, - deyə qurumun “X” hesabında dərc olunan məlumatda deyilir.
CBS News-a bir rəsmi bildirib ki, ABŞ və tərəfdaş qüvvələri 20-dən çox təyyarənin iştirak etdiyi əməliyyatda 35-dən çox hədəfə 90-dan çox dəqiq zərbə endirib.
Zərbələrin yeri və itkilərin miqyası hələlik bəlli deyil.

DİGƏR XƏBƏRLƏR

Top