
Türk pop musiqisinin ustad sənətçisi Sezen Aksu koronavirusa yoluxub.
Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin sağlamlıq vəziyyəti ilə bağlı məlumatı onun qardaşı Nihat Yıldırım verib.
Səhhətinin yaxşı olduğu bildirilən Aksunun İstanbulun Kanlıca bölgəsindəki evində karantinə alındığı qeyd edilib.
Yıldırım Aksunun xəstəliyi yüngül simptomlarla aradan qaldırdığını və ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğunu vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz