“Cəsur İran xalqı barədə düşünürəm” − Sandu


Moldova Prezidenti Maya Sandu İrandakı etirazlarla bağlı şərh verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.
O, Moldovanın həmrəylik nümayiş etdirdiyini və İran xalqının azadlıq uğrunda mübarizəsindəki cəsarətini yüksək qiymətləndirdiyini bildirib:
“Mən azadlıq, ləyaqət və demokratik seçim uğrunda səslərini ucaldan cəsur İran xalqı barədə düşünürəm. Onların öz gələcəyini formalaşdırmaq əzmi sərhədlərindən çox kənarda əks-səda doğurur. Moldova həmrəyliyini ifadə edir”.
Qeyd edək ki. İranda etirazlar dekabrın sonlarında yerli valyutanın devalvasiyası fonunda başlayıb və 60-dan çox şəhərə yayılıb. Təhlükəsizlik tədbirləri gücləndirilib, o cümlədən gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edilib.

DİGƏR XƏBƏRLƏR

Top