
Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir, dağlıq ərazilərdə qar yağır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 17:00-a olan məlumatında qeyd edilib.
Belə ki, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Yevlax, Göyçay, Bərdə, Tərtər, Kürdəmir, Mingəçevir, Lənkəran, Astara, Qobustan, Şamaxıda yağış, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Kişçay (Şəki), Qrız (Quba), Laza (Qusar), Şahdağda isə qar yağır.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Gəncədə 20, Goranboyda 19, Ağstafa, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, Şəmkirdə 16, Kəlbəcərdə 15 m/s-dək güclənir.
Tətbiqimizi yükləyə bilərsiniz