“Qalatasaray” PSJ ilə danışıqlar aparır − KİV


Türkiyənin “Qalatasaray” klubu PSJ-nin yarımmüdafiəçisi Fabian Ruizi transfer etməyə çalışır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist və insayder Əkrəm Konur sosial şəbəkə hesabında məlumat yayıb. 
Bildirilib ki, oyunçunun agenti ilə danışıqlar uğurlu olub.
“Qalatasaray” bonuslar da daxil olmaqla 30 milyon avroya qədər təklif etməyə hazırdır. Parislilər icarə təklifini rədd ediblər. Ruiz özü Liqa 1-də qalmaq istədiyini bildirib.
Fabian Ruizin “Paris Saint-Germain” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 21 oyunda meydana çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top