
İranda davam edən etiraz aksiyaları fonunda Tehranda ölən etirazçıların sayı 217 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tehranlı həkim anonimlik şərti ilə Amerikanın “Time” jurnalına bildirib.
Həkimin sözlərinə görə, paytaxtın təkcə 6 xəstəxanasında 217 etirazçının ölümü qeydə alınıb.
O bildirib ki, ölümlərin əksəriyyəti odlu silahlardan açılan atəş nəticəsində baş verib.
Həkim həmçinin, ölənlərin əksəriyyətinin gənclər olduğunu bildirib.
Qeyd edək ki, İran hökuməti etirazlarda ölənlərin sayı barədə rəsmi açıqlama verməyib.
Vaşinqtonda yerləşən “Human Rights Activist News Agency” informasiya agentliyi etirazların başlanmasından bəri ən azı 63 nəfərin öldüyünü bildirib.
İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) isə ən azı 65 nəfərin öldüyünü açıqlayıb.
Qeyd edək ki. İranda etirazlar dekabrın sonlarında yerli valyutanın devalvasiyası fonunda başlayıb və 60-dan çox şəhərə yayılıb. Təhlükəsizlik tədbirləri gücləndirilib, o cümlədən gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz