
“Qızıl top” mükafatçısı hücumçu Usman Dembele “Paris Saint-Germain”in müqaviləsini uzatmaq təklifini rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Mənbənin məlumatına görə, klub Dembeleyə ildə 30 milyon avro maaş alacaq müqavilənin uzadılmasını təklif edib, lakin oyunçunun komandası məbləğin ikiqat artırılmasını tələb edir. Onun Paris klubu ilə hazırkı müqaviləsi 2027/28 mövsümünün sonuna qədərdir.
Ötən mövsüm Dembele PSJ ilə Fransa çempionluğunu və Fransa Kubokunu, eləcə də Çempionlar Liqasını qazanıb və turnirin mövsümün oyunçusu seçilib. Hücumçu 25 qolla Liqa 1-in ən çox qol vuran oyunçusu olub. Dembele ötən mövsüm PSJ-də 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz