
İranda silahlı iğtişaşçılar panik yaratmaq üçün binaların yuxarı mərtəbələrindən mülki şəxslərə və iğtişaşçılara atəş açırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat verib.
Bildirilib ki, təxribatçılar silahlardan, ov tüfənglərindən, partlayıcı maddələrdən və Molotov kokteylindən istifadə edib.
Xatırladaq ki, 29 dekabr 2025-ci ildə İran rialının kəskin şəkildə düşməsi səbəbindən tacirlər Tehranda etiraz aksiyalarına başlayıblar. 30 dekabrda tələbələr iğtişaşlara qoşulublar. İğtişaşlar əksər böyük şəhərlərə yayılıb. 2 yanvarda küçələrdə naməlum silahlı şəxslər qrupları peyda olub və iğtişaşçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı toqquşmalar artıb.
Tətbiqimizi yükləyə bilərsiniz