NATO Arktikadakı mövcudluğunu gücləndirə bilər


Şimali Atlantika Alyansı (NATO) Qrenlandiyaya mümkün hərbi müdaxilənin qarşısını almaq üçün ABŞ Prezidenti Donald Trampa qarşı ikimərhələli diplomatik hücuma başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, NATO səfirləri Arktikanın müdafiə xərclərini artırmağı, daha çox hərbi texnika yerləşdirməyi və Prezident Trampı regionun təhlükəsizliyinə inandırmaq üçün hərbi təlimlərin sayını artırmağı təklif ediblər. Qeyd olunur ki, Brüsseldə keçirilən qapalı görüşdə NATO səfirləri Trampın Qrenlandiyanın gələcəyi ilə bağlı mövqeyi ilə güzəştə getməyin zəruri olduğu qənaətinə gəliblər.
ABŞ-nin Danimarkadakı səfiri Jesper Møller Sorensen və Qrenlandiyanın Vaşinqtondakı nümayəndəsi Jacob Isbosetsen ABŞ konqresmenləri ilə görüşərək mümkün qədər çox insanı Qrenlandiyanın Ağ Ev tərəfindən satın alınmaqda maraqlı olmadığına və Danimarkanın razılığa gəlməyəcəyinə inandırmağa çalışıblar. Nəşr vurğulayır ki, Danimarka rəsmiləri 9 yanvarda Aİ səfirlərinin görüşündə vəziyyətlə bağlı rəsmi brifinq keçirəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top