Nərə kürüsünü xaricə 2 min manata satıb, Çindən 500 manata kürü alırıq


Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən 6 380 kiloqram nərə balıqlarının kürüsü, 61 900 kiloqram balıq kürüsünün əvəzediciləri idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu dövrdə xarici ölkələrə 480 kiloqram nərə balıqlarının kürüsü ixrac edilib.
Nərə balıqlarının kürüsü Azərbaycana əsasən Çindən gətirilib. 10 ay ərzində Çindən Azərbaycana 6 360 kiloqram nərə balığı kürüsü idxal edilib. Çindən gətirilən kürünün bir kiloqramının gömrük dəyəri 301,4 dollar (512,4 manat) olub.
İxrac etdiyimiz nərə balığı kürüsü isə 9 ölkəyə satılıb. Kürünü ən çox ABŞ-yə (təxminən 160 kiloqram) və Birləşmiş Ərəb Əmirliklərinə (təxminən 140 kiloqram) ixrac etmişik. 80 kiloqram kürünün isə hansı ölkəyə ixrac olunduğu bilinmir. Xaricə satılan kürünün bir kiloqramının gömrük dəyəri 1 165 dollar (1 980 manat) olub.
Balıq kürüsünün əvəzedicilərini isə aşağıdakı ölkələrdən idxal etmişik:
Belarus – 29 530 kq (bir kiloqramının gömrük dəyəri 7,7 dollar);
Qazaxıstan – 1 880 kq (10,8 dollar);
Rusiya – 17 300 kq (26,97 dollar);
Ukrayna – 10 kq (61 dollar);
Avstraliya – 20 kq (34,5 dollar);
Çin – 8 100 kq (11,6 dollar)
İran – 4 920 kq (5,9 dollar);
Yaponiya – 120 kq (43,7 dollar);
Almaniya – 10 kq (65 dollar).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top