
“Opta” superkompüteri dörddəbir final oyunları ərəfəsində Afrika Millətlər Kubokunu qazanmaq üçün əsas favoritlərin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Opta Analyst” “X” sosial media platformasında məlumat yayıb.
Siyahıya görə, ilk yerdə 23,3%-lə Mərakeş qərarlaşıb. İkinci və üçüncü yerləri isə Seneqal (16,6%) və Əlcəzair(13,9%) bölüşüb.
Siyahını təqdim edirik:
1. Mərakeş – 23,3%.
2. Seneqal – 16,6%.
3. Əlcəzair – 13,9%.
4. Nigeriya – 12%.
5. Misir – 11,8%.
Afrika Millətlər Kubokunun 1/4 final oyunlarının təqvimi isə aşağıdakı kimidir:
- 9 yanvar, saat 20:00. Mali - Seneqal;
- 9 yanvar, saat 23:00. Kamerun - Mərakeş;
- 10 yanvar, saat 20:00. Əlcəzair - Nigeriya;
- 10 yanvar, saat 23:00. Misir - Fil Dişi Sahili.
Qeyd edək ki, 2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarış altı qrupa bölünmüş iyirmi dörd milli komanda ilə başlayıb. Turnir 18 yanvar tarixinə qədər davam edəcək.
Hazırkı Afrika Millətlər Kubokunun sahibi 2023-cü il finalında Nigeriyanı 2-1 hesabı ilə məğlub edən Kot-d'İvuardır.
Tətbiqimizi yükləyə bilərsiniz